You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
"Bələdiyyələrin yalnız adı var. Heç bir fəaliyyətləri yoxdur", Bakıda sorğu
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkisi keçiriləcək. BBC Azərbaycanca Bakı sakinlərindən "gələcək bələdiyyələrindən nə gözlədiklərini" soruşub.
Sualımıza cavab verən Bakı sakinlərinin böyük əksəriyyəti hesab edir ki, Azərbaycanda bələdiyyələr yarasız qurumdur.
"Bələdiyyə heç bir iş görməyib. Uşaq palçığın içində məktəbə gedib-gəlir. Bakı şəhərində yaşayırıq, palçıq yuyuruq", sakinlərdən biri BBC-yə bildirir.
"Gələcək bələdiyyəmizdən gözləntim çox şeydir. Amma bələdiyyələrin ancaq adı var. Heç bir fəlaiyyətləri yoxdur", Bakı sakini deyir.
"Bələdiyyələr yararsız bir qurumdur. Hər yer bərbaddır, onlar da öz keflərindədirlər", başqa bir sakin bildirir.
Videoya YouTube kanalımızda baxın.