Azərbaycana bahar gəlib

Şəklin mənbəyi, Getty Images
Bakı vaxtilə 21 mart saat 01:24-də Azərbaycana bahar gəlib.
Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, həmin vaxt gecə ilə gündüz bərabərləşib.
"Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçib. Həmin andan etibarən şimal yarım kürəsində yaz fəsli başlayıb", APA yazıb.
Şimal yarımkürəsində yaz fəsli iyun ayının 21-nə qədər davam edəcək.
Novruz bayramı UNESCO-nin qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu ildə BMT mart ayının 21-ni Beynəlxalq Novruz Günü elan edib.
Novruz bir çox şərq ölkələrində bayram edilir.
Novruzun qədim filosof Zərdüşt tərəfindən yaradıldığına inanılır.



