You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Azərbaycanda Baş prokurorluq xalqa çağırış edib
Azərbaycanda Baş prokurorluq məktəbli Elgün İbrahimovun ölümü ilə bağlı xalqa çağırış edib.
Prokuror Sabir Musayev deyib ki, Elgünün ölümü ilə bağlı kimin əsaslı versiyası varsa, təqdim etsin.
11-sinif şagirdi Elgün İbrahimov mayın 12-də axşam Gəncədə ağır vəziyyətdə tapılıb.
Sosial mediada yayılan video görüntülərdə onun yerdə yaralı olduğu görünür.
Elgünü istifadəsiz bir yataqxananın həyətində tapıblar.
O, sonradan xəstəxanada vəfat edib.
Onun hansı şəraitdə ağır xəsarətlər alması hələ məlum deyil.
Baş Prokurorluq Elgünün vəfatı ilə bağlı bütün versiyaları araşdırır.
Ağır bədən xəsarəti yetirilməsi, intihar və ya ehtiyatsızlıqdan ölümə səbəb olma da bu versiyaların arasındadır.
İstintaqın intihar və ya ehtiyatsızlıqdan ölümə səbəb olma versiyasını araşdırması ictimaiyyətdə etiraza səbəb olub.
Sosial şəbəkələrdə Elgünün hansısa cinayətin şahidi olduğu iddiaları səslənir, amma bu iddiaları təsdiq edən dəlillər yoxdur.
Elgün ali məktəbə hazırlaşırdı. Ölümündən sonra onun buraxılış imtahanından yüksək bal topladığı məlum olub.
Elgün həm də günəmuzd işləyib, ailəsi yerli mediaya deyib.
Videoya Youtube kanalımızda baxın