You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
İsrail və Suriya diplomatları "Bakıda görüşür"
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
İsrail və Suriya diplomatları "Bakıda görüşür".
Bunu Frans Press agentliiyinə diplomatik mənbələr bildirib.
Məlumata görə, görüş Suriyanın xarici işlər naziri Əsəd Əl-Şeybani və İsrailin strateji işlər naziri Ron Dermer arasında nəzərdə tutulub.
Onların əsas müzakirə mövzusu Suriyanın cənubundakı təhlükəsizlik vəziyyətidir.
Bəşər Əsəd hakimiyyəti devriləndən sonra İsrail bir neçə dəfə Suriyanı bombalayıb.
Yerli media Suriya və İsrail rəsmilərinin Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraanın Azərbaycana səfəri çərçivəsində də Bakıda görüşdüyünü yazıb.
Əhməd Əl Şaraanın iyulun 12-də Azərbaycana səfərindən bir neçə gün sonra İsrail Suriya paytaxtını bombalayıb.
İsrail Suriya Prezident sarayının yaxınlığını bombalayıb
İsrail iyulun 17-də Suriya Prezident sarayının yaxınlığında, Müdafiə Nazirliyinin binasına zərbələr endirib.
Paytaxt Dəməşqin mərkəzi tüstüyə bürünüb.
Nəticədə azı bir nəfərin öldüyü bildirilir.
Amerika Birləşmiş Ştatları İsrailin Suriyaya zərbələr endirməsindən narahat olduğunu bildirib.
İsrail Suriyanın cənubundakı şiə druzları müdafiə etməyə çalışdığını bildirib.
Suriyanın cənubunda sünni bədəvilərlə druz silahlıları arasında ölümcül toqquşmalar olub.
Suriya ordusu asayişi bərpa etməyə çalışdığını bildirib.
İsrail isə Suriya ordusunu druzlara hücum etməkdə günahlandırıb.
Video açılmırsa, Youtube kanalımızda baxın.