Ağdam və Ağdərədə yanğın

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Ağdam və Ağdərədə gecədən başlayan yanğını hələ söndürmək olmayıb.

Yanğın İyulun 22-də axşam saatlarında Ağdamın Əliağalı, Yeni Qaralar, Ağdərənin Sırxavənd kəndlərində açıq ərazidə başlayıb.

Yerli media xəbər verir ki, Ağdərədə partlayış səsləri eşidilib. Güman edilir ki, bu, partlamamış döyüş sursat və minalardır.

Fövqəladə Hallar Nazirliyi alovun söndürülməsinə helikopterlərin də cəlb edildiyini bildirib.

Videoya Youtube kanalımızda baxın.