Yaponiyanın keçmiş Baş naziri Shinzo Abe güllələndikdən sonra vəfat edib

Şəklin mənbəyi, Getty Images
Yaponiyanın keçmiş baş naziri Shinzo AbeNara şəhərində çıxış edərkən güllələnib və sonradan xəstəxanada vəfat edib.
Bu barədə Liberal Demokrat Partiyasının yüksək rütbəli rəsmisi Yaponiyanın NKS televiziyasına bildirib. Yaponiyanın ən uzun müddət xidmət edən baş naziri olan 67 yaşlı Abe seçki kampaniyası zamanı çıxış edərkən güllələnib. Hücum etməkdə şübhəli bilinən şəxsin - 40 yaşlarında bir kişi olduğu bildirilir - o hadisə yerində tutularaq həbs edilib.
Cənab Abe iki dəfə atəşə tutulub, ikinci güllə onun kürəyinə dəyəndən sonra yerə yıxılıb.
"Keçmiş baş nazir Abe yerli vaxtla saat 11:30-da (GMT 02:30) Narada güllələnib. Atəş açan şəxs olduğu güman edilən bir nəfər saxlanılıb. Keçmiş baş nazir Abenin vəziyyəti hazırda məlum deyil", Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno jurnalistlərə deyib.
Hirokazu Matsuno bildirib ki, “Səbəb nə olursa olsun, belə bir vəhşi hərəkətə heç vaxt dözmək olmaz və biz bunu qətiyyətlə pisləyirik”.
Şahidlər şübhəlini "böyük silah"la görüblər
Sosial mediada yayılan, yoxlanılması mümkün olmayan videolarda tibb işçilərinin küçənin ortasında cənab Abenin ətrafında toplaşdığı görüntüləri yayılıb. Onun hazırda xəstəxanaya aparıldığı bildirilir.
Hücum baş verən zaman cənab Abe Narada bir namizəd barəsində təbliğat çıxışı edirmiş. Şahidlər deyirlər ki, arxadan böyük silahla bir nəfərin atəş açdığını görüblər.
İlk atəş hədəfdən yayınıb, lakin ikinci atəş cənab Abenin kürəyinə dəyib. Elə həmin an yarasından qan axan keçmiş baş nazir yerə yıxılıb. Təhlükəsizlik işçilərinin qaçmağa cəhd göstərməyən silahlını saxladığı bildirilir.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Yerli media olan NHK-nin polis mənbələrinə istinadən yaydığı xəbərə görə, cənab Abe güllələndikdən sonra danışıb və "şüurlu” olub. Məlumata görə, polis hücum edən şəxsin silahını götürüb və onun şəxsiyyətini müəyyənləşdirib.
NHK əlavə edib ki, şübhəli şəxs əldə düzəldilən silahdan istifadə edib.
Yerli mediaların xəbərinə görə, hücum edən şəxs Yaponiyada donanma kimi fəaliyyət göstərən Yaponiyanın Dəniz Özünümüdafiə Qüvvələrinin keçmiş üzvü olub.
BBC-nin Yaponiya müxbiri Rupert Wingfield-Hayesin təhlili
Bir çox insanı düşündürən ilk sual odur ki, nə üçün silahdan istifadə olunub və hücum edən şəxs onu necə əldə edib?
Belə məlum olur ki, o, bunu özü düzəldib. Şübhəlinin tutulduğu zaman çəkilmiş fotoşəkillərdən məlum olur ki, onun silahı əldə hazırlanmış qoşalüləli ov tüfənginə bənzəyir.
Yaponiyada silahlı hücum çox nadirdir və silah əldə etmək olduqca çətindir. Siyasətçilərə hücum da son dərəcə nadir hadisədir.
Cənab Abenin yanında bir təhlükəsizlik polisi qrupu olub. Lakin görünür, hücum edən şəxs heç bir yoxlama və ya maneə olmadan cənab Abenin bir neçə metrliyinə çata bilib.
Təhlükəsizliyi ilə fəxr edən bir ölkədə belə görkəmli şəxsin güllələnməsi sarsıdıcıdır.
Yaponiyanın ən uzun müddət baş naziri olmuş cənab Abe səhhətinə görə istefa verməzdən əvvəl 2006-cı ildə bir il, daha sonra 2012-ci ildən 2020-ci ilə qədər baş nazir vəzifəsini tutub. Daha sonra o, bağırsaq xəstəliyindən əziyyət çəkdiyini açıqlayıb.
O, vəzifədə olduğu müddətdə müdafiə və xarici siyasətlə bağlı kəskin siyasəti ilə tanınırdı və uzun illər çəkən Yaponiyanın müharibədən sonrakı pasifist konstitusiyasına düzəlişlər etməyə çalışırdı.
O, həmçinin "Abenomics" kimi tanınan monetar yumşaltma, fiskal stimul və struktur islahatlarına əsaslanan iqtisadi siyasətin tətbiqinə çalışıb.
Vəzifədən getməsindən sonra onun yerinə yaxın partiya müttəfiqi Yoshihide Suga gəlib, daha sonra onu da Fumio Kishida əvəz edib.

Şəklin mənbəyi, Getty Images
Silahların qadağan olunduğu Yaponiyada silahlı hücum hadisələri nadir hallarda baş verir və siyasilərə hücum hadisələri demək olar ki, eşidilmir.
Müqayisə üçün 2014-cü ildə ABŞ-da 33,599 silahlı hücumda ölən olub bu rəqəm Yaponiyada yalnız altı olub. İnsanlar silah almaq üçün ciddi imtahandan və psixi sağlamlıq testlərindən keçməlidirlər - hətta bu halda da yalnız ov tüfəngi və pnevmatik silahlara icazə verilir.
Avstraliyanın keçmiş baş naziri Kevin Rudd bunu "demokratiya tərəfdarlarına hücum" adlandıraraq, dünyadakı tanınmış şəxsləri hadisəni qınamağa səsləyib.
ABŞ-ın Yaponiyadakı səfiri Rahm Emanuel, cənab Abenin "Yaponiyanın görkəmli lideri və ABŞ-ın sarsılmaz müttəfiqi" olduğunu, ABŞ-ın onun sağalması üçün "dua etdiyini" deyib.




