Bakıda feministlərin 8 mart aksiyası: "Öldürən dövlət istəmirik"

Feministlərin aksiyası

Feminist fəallar 8 martda Bakının mərkəzində aksiya keçiriblər.

Onlar həbsdəki jurnalistlərə də azadlıq tələb ediblər. Azərbaycanda hazırda 10-dan çox jurnalist həbsdədir.

2023-cü ildə Azərbaycanda məişət zorakılığı nəticəsində onlarla qadın ölüb, yerli media bildirir.

Aksiya zamanı iştirakçılar qırmızı dodaq boyası çəkiblər. Polis piketi sona qədər müşayiət edib, saxlanılan olmayıb.

Videonu BBC üçün Əminə Məmmədova çəkib.