You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Azərbaycan naziri də Rusiyada tədbirə getməyib
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Azərbaycan daxili işlər naziri Vilayət Eyvazovun Rusiyada keçirilən MDB tədbirinə getmədiyi bildirilir.
Bu, Rusiya ilə Azərbaycanın münasibətləri pisləşəndən bəri Azərbaycanın iştirak etmədiyi daha bir tədbirdir.
Video açılmırsa, Youtube kanalımızda izləyin.
Bundan əvvəl, Baş nazir Əli Əsədov Altayda keçirilən beynəlxalq ekoloji tədbirə getməyib.
Vilayət Eyvazovun qatılmadığı tədbir MDB-yə üzv dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası olub.
MDB-nin mətbuat xidməti bildirib ki, iclasda Ermənistan, Belarusiya, Qazaxıstan, Qırğızıstan, Rusiya, Taçikistan və Özbəkistanın təmsilçiləri iştirak ediblər.
AZAL təyyarəsinin Rusiya səmasında vurulmasından sonra Azərbaycanla Rusiyanın münasibəti pisləşib. Bakı Moskvanın günahını etiraf etməsini və təzminat ödəməsini tələb edir.
Bu qəza nəticəsində 40-a yaxın adam həlak olub.
İyunda Yekaterinburqda keçirilən polis əməliyyatı zamanı iki azərbaycanlının öldürülməsindən sonra isə münasibətlər daha da pisləşib.
Azərbaycan sentyabr-oktaybr ayında keçiriləcək III MDB İdman Oyunlarına ev sahibliyi edəcək. Bu oyunlara Rusiya rəsmilərinin qatılıb-qatımayacağı hələ ki, məlum deyil.