İranın dron hücumları: ABŞ səfirliyi və Bəhreyn bazası vuruldu

Videonun alt yazısı, İranın dron hücumları: ABŞ səfirliyi və Bəhreyn bazası vuruldu
İranın dron hücumları: ABŞ səfirliyi və Bəhreyn bazası vuruldu

İranın iki pilotsuz uçuş aparatı Səudiyyə Ərəbistanındakı Birləşmiş Ştatlar səfirliyini vurub.

Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi bildirib ki, hücum nəticəsində "məhdud yanğın və binaya cüzi maddi ziyan" dəyib.

Eyni zamanda, İranın Bəhreyndəki ABŞ hava bazasının əsas komanda qərargahını məhv etdiyi barədə xəbərlər yayılıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı Fars xəbər agentliyinin paylaşdığı görüntülərdə bir sıra raketlərin uzaq hədəflərə düşərək partlaması görünür.