Bu il pensiya artımları necə olacaq?

Videonun alt yazısı, Bu il pensiya artımları necə olacaq?
Bu il pensiya artımları necə olacaq?

Bu il Azərbaycanda əmək pensiyaları artacaq. Prezidentin bununla bağlı qərarı fevralın əvvəlində gözlənilir.

Burada iki əsas məsələ var: pensiya kapitalı və hazırda pensiya alanlar

Bu iki kateqoriya üzrə fərqli faizlərlə artım nəzərdə tutulur.

Pensiya kapitalı üçün artım ötən ilin inflyasiya faizinə uyğun indeksləşdiriləcək.

Hələlik ötən ilin 11 ayına görə bu rəqəm 5.6 faiz qiymətləndirilib.

Hazırda pensiya alanların təqaüdü isə ötən ildəki orta aylıq maaş artımına uyğun artır.

Dövlət Statistika Komitəsi ötən ilin 11 ayı ərzində orta aylıq əmək haqqında orta hesabla 9.2 faiz artım qeydə alıb.

Buna görə də bu il pensiyaların azı 9.2 faiz artması gözlənir.