İlham Əliyev: Azərbaycan dili “damcı-damcı əldən gedər”

Videonun alt yazısı, İlham Əliyev: Azərbaycan dili “damcı-damcı əldən gedər”
İlham Əliyev: Azərbaycan dili “damcı-damcı əldən gedər”

Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziyalara müsahibəsində Azərbaycan dilinin qorunması haqqında danışıb.

O deyib ki, "Dil o amildir ki, milləti millət edir".

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan dilinin qorunması barədə danışarkən, dilə xarici kəlmələrin gəlməsinə qarşı olduğunu deyib.

"Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-yavaş. Bəlkə də özümüz heç buna fikir vermirik, damcı-damcı sarsıdır. Dil əldən gedəndən sonra, yaxud da ki, pozulandan sonra, ya da başqa dilə tamamilə uyğunlaşandan sonra onda milli kimlik də gedəcək, ondan sonra dövlətçilik də gedəcək, ondan sonra, Allah eləməsin, ölkəmiz də, necə deyərlər, böyük fəlakətlə üzləşə bilər. Ona görə Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir", - İlham Əliyev deyib.

İlham Əliyev Azərbaycan televiziyalarına müsahibəsində Azərbaycanın tarixən fərqli imperiyaların müstəmləkəsi olmasından da bəhs edib.