You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Naxçıvanda dönərdən zəhərlənmə: 9-u uşaqdır
Naxçıvanda 17 nəfər dönərdən zəhərlənib, onların 9-u uşaq olub.
Xəstəxanaya aparılan xəstələrin vəziyyəti orta ağır, iki xəstənin vəziyyəti isə ağır olub, Azərtac yazıb.
Naxçıvandakı həkim-infeksionisti Nəzmin Allahverdiyeva deyib ki, xəstələr müdaxilədən sonra evə buraxılıblar.
Hadisə Naxçıvanda Heydər Əliyev prospektindəki dönərxanaların birində olub.
Qida Təhlükəsizliyi Agentliyi bildirib ki, dönərxananın fəaliyyəti dayandırılıb.
Araşdırma aparılır.
Video açılmırsa, YouTube kanalımızda izləyin.