You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Erdoğan: Türkiyə ortaq türk əlifbasında iki kitab nəşr edib
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Türkiyə Prezidenti Recep Tayyip Erdoğan deyib ki, ortaq türk əlifbasında iki kitab nəşrə hazırlanıb.
"Türkiyə ortaq əlifbaya doğru ilk addımı atır, Çingiz Aytmatov və Oğuznamələr haqqında ortaq əlifbada əsər nəşr etdirir. Bu gün liderlərin hər birinə bundan birini təqdim edirik", - o, Qəbələdə deyib.
Video açılmırsa, Youtube kanalımızda baxın.
Oktyabrın 7-də Azərbaycan, Türkmənistan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Qırğız Respublikası, Macarıstan və tanınmamış Şimali Kipr Türk Respublikasının liderləri Qəbələdə görüşüb.
Onlar Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Toplantısında iştirak ediblər.
Görüşdə çıxış edən Erdoğan deyib ki, "Süni intellektdə qlobal inkişafla ayaqlaşmaq və mədəni zənginliyimizi qorumaq üçün biz Türk dilində Böyük Dil Modelinin inkişafını sürətləndirməliyik.
2024-cü ildə ortaq türk əlifbasının 34 hərfdən ibarət olması razılaşdırılıb.
Türk Dünyası Ortaq Əlifba Komissiyası ortaq türk əlifbasının latın qrafikasında olmasına qərar verib.
Bütün türk xalqlarının latın qrafikasında yazıb-oxuması dünya mədəniyyətinə inteqrasiya hesab olunur.