Rusiyanın dini lideri Mehriban Əliyevanı mükafatlandırıb

Şəklin mənbəyi, President.az
Moskvanın və bütün Rusiyanın Patriarxı Kiril Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı mükafatlandırıb.
O, Mehriban Əliyevaya Rus Pravoslav Kilsəsinin Birinci Dərəcəli Müqəddəs Knyaginya Olqa Ordenini təqdim edib.
Prezident.az saytı yazır ki, Mehriban Əliyevaya bu orden "cəmiyyətdə ənənəvi dəyərlərin qorunub-saxlanılmasına, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına verdiyi töhfələrə görə" təqdim olunub.
Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill Bakıya mayın 3-də gəlib.
Onu Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qarşılayıb.
Videoya Youtube kanalımızda baxın.



