Azərbaycan-Gürcüstan arasında nə baş verir?
Azərbaycanla-Gürcüstan arasında gərginlik müşahidə olunur: bir müddət öncə azərbaycanlı sürücülər Azərbaycan-Gürcüstan sərhəddində ilişib-qalmışdılar: iddialara görə, onlara süni bürokratik əngəllər yaradılıb.
Gürcüstan hakimiyyəti bu iddiaları "dezinformasiya" adlandırıb. Tbilisi bildirib ki, səhərddəki yoxlamalar yükdaşımaların artması və Rusiya və Belarusa olan beynəlxalq sanksiyalarla əlaqəlidir.
Azərbaycan hakimiyyətinə yaxın media yazır ki, gərginlik iki ölkə arasında Azərbaycandan Ermənistana daşınacaq yanacaq yükünə qoyulan yüksək tarifdir.
İlk yanacaq daşınması pulsuz olacaq, Gürcüstan hökuməti elan edib, amma sonrakı daşınmalara tətbiq ediləcək rüsumun məbləğini açıqlamayıb.
Azərbaycan mediasında sərhəddə baş verənlər Gürcüstanın Azərbaycana təzyiqi kimi qiymətləndirilib.
Minval.az saytı yazıb ki, Azərbaycan Gürcüstanla olan "gərginlik" səbəbindən Ermənistanla birbaşa əlaqəni təmin edə bilən Qazax-İcevan dəmiryolu xəttinin bərpası üçün ilkin texniki-maliyyə qiymətləndirmə mərhələsinə start verib.
"Bu layihə Azərbaycanın Gürcüstandan tranzit asılılığını qismən azaldacaq", - minval.az yazıb.
Bu dəmiryolu xətti sovet dönəmində istifadə olunsa da, müharibədən sonra yararsız vəziyyətə düşüb.
Azərbaycanımn hakimiyyətə yaxın mediasında Gürcüstan hökumətinin Rusiya yönümlü olması fikri vurğulanır. Hesab olunur ki, Moskva Gürcüstan hökumətinin qərarlarına təsir edə bilər.
Gürcüstanın həbsdə olan keçmiş Prezidenti Mixeil Saakaşvili sosial media hesabında yazıb ki, hazırkı hökumətin tranzit siyasətində tutduğu sərt mövqe Rusiyanın regiondakı maraqları ilə üst-üstə düşür.
Washington-da mənzillənən National Interest yazır ki, Azərbaycanla Ermənistan arasında bu yaxınlarda imzalanan sülh müqaviləsi ABŞ-ın maraqlarına uyğun regional mühit üçün unikal bir fürsət açıb və Gürcüstanın anti-Qərb mövqeyi Washington-un Cənubi Qafqaz strategiyasını natamam qoya bilər.
Gürcüstan hokuməti isə Azərbaycan və Ermənistanı ən etibarlı tərəfdaş kimi gördüyünü bildirib.



