İran-İsrail müharibəsi başlayarsa, Azərbaycan kimin yanında olmalıdır? - Bakıda sorğu

İran, İsrail, sorğu, müharibə, Bakı, Azərbaycan

İyunun 13-də İsrailin İrana hava zərbələri endirməsindən sonra iki ölkə arasında iri miqyaslı müharibə olacağı ehtimalı artıb.

Ötən yay Bakı sakinləri İran və İsrail arasında müharibə olacağı təqdirdə Azərbaycanın kimi dəstəkləməli olduğu barədə müxbirlərimizin sualına cavab veriblər.

Bakı sakinlərindən bəziləri İranda yaşayan etnik azərbaycanlıları nəzərə alaraq Azərbaycanın İranı dəstəkləməli olduğu qənaətindədirlər.

Digərləri isə düşünür ki, İsraillə hərbi sahədə olan əməkdaşlığa görə Bakı Təl-Əvivin yanında olmalıdır.

Videonu YouTube kanalımızdan izləyin.