Qubad İbadoğlunun qızı: "Atamı və anamı zorla maşından çıxarmağa başladılar"

İqtisadçı Qubad İbadoğlu haqqında Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 3 ay 26 günlük həbsqətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin saxta pul və ya qiymətli kağızları hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə maddəsi ilə təqsirləndirilir.
Qubad İbadoğlu tanınmış iqtisadçı və Azərbaycan Demokratiya və Rifah Partiyasının sədriridr.
Videoya YouTube kanalımızda baxın.
Qızı Jalə Bayramovanən BBC-yə bildirdiyinə görə, Qubad İbadoğlu bazar günü həyat yoldaşı ilə birgə Sumqayıtda gənclərlə görüşə gedərkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev isə BBC-yə şərhində iqtisadçının qızının dediklərini “əsassız iddialar” adlandırıb.
Qurum bazar axşamı BBC News Azərbaycancaya bildirib ki, polis iqtisadçını “FETÖ ilə əlaqəli olan şəxslərə qarşı keçirilmiş tədbirlərlə saxlanılan 5 nəfərdən birinin Qubad İbadoğlu ilə əlaqəsinin olması ilə bağlı ifadəsi əsasında” saxlayıb.
İqtisadçının qızı Jalə Bayramova BBC-yə bildirib ki, axtarış aparılan ofis atasının istifadəsində olmayıb.
Bazar günü gecə saatlarında ofisində aparılan axtarış yekunlaşdıqdan sonra ADR sədri polis əməkdaşları tərəfindən maşına mindirilib.
O, jurnalistlərin “Sizi niyə saxlayıblar?” sualına “İlham Əliyevin sifarişi ilə saxlanılmışam” cavabını verib.
Keçmiş “Müsavat” üzvü, müxalifyönlü ADR partiyasının sədri, iqtisad elmləri doktoru Qubad İbadoğlu həm də Azərbaycan hakimiyyətini tənqidi çıxışları ilə tanınır.
Qubad İbadoğlu London İqtisad Məktəbində qonaq mühazirəçi kimi çalışıb.




