You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Pezeşkian: Xamenei amerikalıları İrana "dəvət edir"
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
İranın Ali Dini lideri Xamenei "Amerika sərmayəçilərini ölkəyə dəvət edir". Bunu İran Prezidenti Məsud Pezeşkian amerikalı jurnalist Tucker Carlson-a verdiyi müsahibəsindən sonra deyib.
O, X sosial media hesabında yazıb ki, ABŞ-la danışıqlar apararkən "Netanyahu diplomatiyaya bomba atdı və sülhü öldürdü".
İyunun 13-də İsrail İrana hücum edəndən sonra 12 gün iki ölkə bir-birini ardıcıl bombalayıb, daha sonra ABŞ da bu savaşa qoşulub.
Pezeşkian yazıb ki, müharibəni onlar başlamayıb: " İndi ABŞ indi seçim etməlidir. Netaynyahini cilovlamaq və regional sülhü bərpa etmək və ya Netanyahunun ardınca başqa bir əbədi müharibəyə. Seçim Washington-undur".
Pezeşkian deyib ki, İranda səslənən Amerikaya ölüm şüarı insanlara qarşı yönəlməyib, burda söhbət regionda sabitliyi pozan və insanların həyatını məhv edən cinayətlərə, müharibələrə və siyasətlərə son qoymaqdan gedir, Pezeşkian deyib.
İsrail İrana hücum etməsini İranın onun təhlükləsizliyinə təhdid yaratması ilə izah edir. İran isə bunu təkzib edir.
Video açılmırsa, Youtube kanalımızda baxın.