You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Azərbaycan 5 illik qələbənin zəfər paradına hazırlaşır
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Azərbaycanda qələbənin 5 illiyi münasibətiylə keçiriləcək Zəfər paradına hazırlıq gedir.
Paradda Azərbaycanın uzaqmənzilli Çin istehsalı olan zenit-raket kompleksini nümayiş etdirəcəyi deyilir.
İctimai TV-nin məlumatına görə, bu silah ilk dəfədir bir Qafqaz ölkəsinə verilib.
Zəfər paradında başqa yeni texnikaların olub-olmayacağı hələki məlum deyil.
Hərbi paradda Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın və Pakistan Baş naziri Şahbaz Şərifində iştirak edəcəyi gözlənilir.
Bundan başqa hərbi keçiddə Türkiyənin altı ədəd F16 qırıcısı iştirak edəcək, Türkiyə Müdafiə Nazirliyi bildirib.
Həm də Türkiyənin Prezident Mühafizəsi Alayı komandanlığının mərasim bölüyüdə parada qatılacaq.
Sosial mediada Pakistan bayrağı ilə bir bölük əsgərin də Bakı küçələrində məşq etdiyini göstərən videolar yayılıb.
Noyabrın 6-da Bakının müxtəlif yerlərində və bölgələrdə hərbçilərin keçidi olub.
Hərbi paradına da paytaxtda və bölgələrdə keçiriləcəyi deyilir.
Bu gün həm də İlham Əliyev NATO-nun nümayəndələrini qəbul edib.
Görüşdə Prezident Əliyev deyib ki, Azərbaycan ordusu NATO standartlarına uyğunlaşdırlır.
Azərbaycan 2020-ci ildə İkinci Qarabağ Müharibəsində qalib gələndən sonra hər il zəfər paradı keçirir.
Videoya YouTube kanalımızda baxın.