Türkiyədə zəlzələdən bir il keçdi: Bu bina niyə dağıldı?

Videonun alt yazısı, Bir il əvvəl Türkiyənin cənubunda olan zəlzələ nəticəsində 55 mindən çox insan ölüb.
Türkiyədə zəlzələdən bir il keçdi: Bu bina niyə dağıldı?

Güclü zəlzələdən sonra indi aydın olub ki, tikinti qaydalarına əməl edilsəydi, daha çox insanın həyatını xilas etmək olardı.

Bir ana yaxınlarının yaşadığı binanın uçmasına nəyin səbəb olduğunu araşdırıb. Nurgül Göksu zəlzələdən əvvəl evdar qadın idi.

Ən çox sevdiyi reseptlərdən biri, ənənəvi küftə yeməyi sayııan "içli köfte" yeməyini bişirməyi çox sevirdi.

O, İstanbulun kənarında yaşayıb, 31 yaşlı oğlu Ahmet Can Zabun isə azyaşlı körpəsi, həyat yoldaşı ilə zəlzələ olan Kahramanmaraşın cənub-şərqində yaşayırdı.

Kahramanmaraşda zəlzələ baş verəndə Ahmet Canın da yaşadığı şəhərdə ən azı 7 min bina uçub. Nurgül oğlunu, onun həyat yoldaşını və uşağını - özünün dediyi kimi, "üç uşağı" axtarmaq üçün Kahramanmaraşa qaçıb gəlib və bu günə kimi binanın zəlzələdən dağılması səbəbini və tikinti qaydalarını araşdırıb.