You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Əli Kərimliyə cinayət işi açılıb: "Məni həbs edə bilərlər"
AXCP sədri Əli Kərimliyə qarşı cinayət işi başlanıb.
Ondan AXCP-nin keçmiş üzvlərindən birinin şikayət etdiyi bildirilir.
Əli Kərimli BBC News Azərbaycancaya avqustun 13-də Nəsimi Rayon Məhkəməsinə çağrıldığını deyib.
“Bu, ölkədəki repressiyaların tərkib hissəsidir. Bu, qətiyyən hansısa bir vətəndaşın özbaşına, bizə qarşı başlatdığı işlər deyil”, - partiya sədri bildirib.
Əli Kərimli, həmçinin heç kəsə böhtan atmadığını deyib.
“Mənim kiməsə böhtan atmağımdan söhbət belə gedə bilməz. Kimi isə təhqir etməyimdən söhbət gedə bilməz. Bu, qurama işdir”, -cənab Kərimli bildirib.
AXCP sədri bildirib ki, ona qarşı cinayət işinin qaldırılması "hökumətin təxribatıdır".
"Bu, əlbəttə ki, xalq cəbhəsini, real müxalifəti sıradan çıxarmaq, şəxsən məni susdurmaq üçün hökumətin yaratdığı təxribatdır. Mən mümkün sayıram ki, məni həbs edərlər. Nə qədər absurd olsa da, mən də öz həbsimi mümkün sayıram. Amma bu, məni də susdurmayacaq, partiyanı da susdurmayacaq”, - o deyib.
Azərbaycan hakimiyyəti tez-tez heç kəsin siyasi baxışlarına görə təqib olunmadığını, yalnız cinayət əməli aşkar ediləndə məsuliyyətə cəlb olunduğunu bildirir.
Videoya YouTube kanalımızda baxın.