Putin və Pezeşkian Əliyevə ad gününə görə zəng etdilər

Videonun alt yazısı, Putin və Pezeşkian Əliyevə ad gününə görə zəng etdilər
Putin və Pezeşkian Əliyevə ad gününə görə zəng etdilər

Pezeşkian və Putin İlham Əliyevə zəng edərək onun ad gününü təbrik ediblər.

Onlar həm də Azərbaycanla münasibətlərindən danışıblar, Azərbaycan Prezidentinin mətbuat xidməti bildirib.

Hər iki liderin zəngi də Azərbaycanla bu ölkələr arasında münasibətlərin qarışıq olduğu zaman baş verir.

Rəsmi xəbərlərdə deyilir ki, Rusiya və İran liderləri Azərbaycanla dostluq əlaqələrinin dərinləşdirilməsini müzakirə ediblər.

Azərbaycanda hakimiyyət nəzarətində olan media son günlərdə İranın ali liderinin müşaviri Əli Əkbər Vilayətini son açıqlamalarına görə tənqid edir.

Dekabrın 15-də İranın ali liderinin müşaviri Əli Əkbər Vilayəti xəbərdarlıq edib ki, ABŞ-ın İran sərhədləri yaxınlığında hər hansı bir mövcudluğu açıq təhlükəsizlik probleminə səbəb olacaq.

Azərbaycan və Ermənistan Zəngəzur dəhlizinin ABŞ şirkətinə icarəyə verilməsinə razılaşıb.

Azərbaycan mediasında o da vurğulanır ki, Vilayətinin fikirləri Pezeşkian administrasiyasının rəsmi mövqeyini əks etdirmir.

Putinin Əliyevə zəngindən sonra isə Kremlin sözçüsü Dimitri Peskov onların söhbətini "səmimi və zəruri" adlandırıb.

Rusiya Prezidentinin saytında vurğulanıb ki, "səmimi və dostyana söhbətə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva qoşulub. Onlar qarşıdan gələn Yeni il bayramı münasibətilə bir-birlərinə xoş arzular söyləyiblər.

Putinin təbrikindən az əvvəl İlham Əliyev Sankt-Peterburqda keçirilən MDB liderlərinin ənənəvi qeyri-rəsmi sammitinə getməkdən imtina edib.

Rəsmi Bakı bunu prezidentin sıx iş qrafiki ilə izah edib. Amma hakimiyyətə yaxın siyasi təhlilçilər yazıb ki, Putin təyyarə qəzasına görə Düşənbədə verdiyi vədlərə əməl etməyib.

Rusiya Prezidenti oktyabın 9-da Düşənbədə İlham Əliyevlə görüşündə təyyarə qəzasına görə kompensasiya və qəzaya görə məsul şəxslərin hərəklətlərinə hüququ qiymət veriləcəyi vədi vermişdi.

Bir il əvvəl Rusiya səmasında Azərbaycanın sərnişin təyyarəsinin vurulmasından sonra iki ölkənin münasibətləri gərginləşib.