Trump Əliyev və Paşinyana şərt qoyduğunu deyib

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Donald Trump Əliyev və Paşinyanla görüşündən danışıb, deyib ki, Vaşinqtonda olarkən onlara şərt qoyub.

Video açılmırsa, Youtube kanalımızda baxın

"Liderlərlə tanış idim. Onlardan soruşdim ki, uşaqlar, niyə dalaşırsınızʔ Onlara dedim ki, dava eləsəniz, sizinlə ticarət etməyəcəm, dəlilikdir. Hər nə isə, bu məsələni həll etdim".

Birləşmiş Ştatlar Prezidenti bunu jurnalist Mark Levinə müsahibəsində deyib.

Trump bildirib ki, liderlər əvvəlcə sülhlə bağlı bəyanatı imzalamağa tərəddüd ediblər.

"Mənə deyirdilər ki, bunun öhdəsindən gələ bilməzsən. Onlarla Oval kabinetdə olanda, axırda imzalamağa yaxın, bir-birlərinin yanında oturmuşdular. Yayınmağa çalışırdılar, özlərini yaxşı hiss etmirdilər. Bir saat sonra bir-birlərini qucaqlayıb təbrik edirdilər. Əla mənzərə idi".

Trump Azərbaycanın adını da düzgün tələffüz edə bilməyib, Ermənistanı isə Albaniya adlandırıb.

"Gördünüz, Abərbaycan 34-35 il idi ki, Albaniya [Ermənistanla] ilə dava edirdi. İllərdir davam edirdi", - Trump deyib.

İlham Əliyev və Nikol Paşinyan avqustun 8-i Amerika Birləşmiş Ştatlarının paytaxtında, Prezident Donald Trumpın iştirakı ilə sülh prosesini təsdiqləyən bəyannaməyə imza atıblar.