Gürcüstan məscidində İranın dini lideri Xameneiyə dəstək

Videonun alt yazısı, Gürcüstan məscidində İranın dini lideri Xameneiyə dəstək
Gürcüstan məscidində İranın dini lideri Xameneiyə dəstək

Gürcüstanda etnik azərbaycanlıların sıx yaşadığı Marneuli şəhərindəki məsciddə İranın ali dini lideri Ayətullah Əli Xameneiyə dəstək nümayiş etdirilib. Bu barədə Gürcüstanın 24 news saytı xəbər yayıb.

Yayılan görüntülərdə fevralın 6-sı cümə namazında məsciddə Xameneinin posteri qoyulub. Məscidə gələnlər əllərində İranın dini liderinin şəkillərini tutublar.

Gürcüstanda İmam Əli adına Xeyriyyə fondu da rəsmi Facebook hesabında məsciddə Xameneyiyə dəstək göstərilməsi ilə bağlı post paylaşıb.

Fondun yazdığına görə həmin gün mövzu ilahi rəhbəri tanımaq, itaət etmək və onu müdafiə etmək olub.

Bu, İranda hakimiyyətə qarşı keçirilən və zorakı yollarla dağıdılan etiraz aksiyalarından sonraya təsadüf edir. Həmin etiraz aksilayarında birbaşa Xameneyə qarşı da şüarlar səslənib. Bu aksiyalarda hakimiyyət 3 mindən, insan hüquqları müdafiə təşkilatları isə 6 mindən çox adamın öldürüldüyünü deyir.

Eyni zamanda, bölgədə Amerika Birləşmiş Ştatlarının İrana hərbi hücum etmək ehtimalı güclənib.