You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Azərbaycan ərazisindən "İrana qarşı istifadə olunması mümkün deyil", Azərbaycan XİN
Azərbaycan öz ərazisindən İrana qarşı istifadə olunmasına imkan verməyəcək.
Bunu Azərbaycan xarici işlər nazir Ceyhun Bayramov iranlı həmkarı Seyyid Abbas Araqçı ilə telefonla danışanda deyib.
Onların telefon danışığı İsrailin İrana hücumundan sonra baş tutub.
Azərbaycan Xarici İşlər Nazirlyinin yaydığı açıqlamada deyilir ki, görüşdə "Azərbaycan ərazisinin hər hansı bir ölkə tərəfindən üçüncü ölkəyə, o cümlədən, qonşu və dost İrana qarşı istifadə edilməsinin mümkün olmadığı vurğulanıb".
İsrailin İrana hücumundan sonra Azərbaycan İrandakl 3-cü ölkə vətəndaşlarına, o cümlədən İran nümayəndələrinə özünün quru sərhədlərindən keçid üçün şərait yaradıb.
Videonu Youtube kanalımızda izləyin.