Azərbaycanda Rusiya kanalı bağlanıb

Azərbaycanda Rusiyanın "МАТЧ ТВ" idman kanalının yayımı dayandırılıb.

Audiovizual Şura qərar verib ki, bu kanallar multipleks və platforma operatorlarının retranslyasiya paketlərindən çıxarılsın.

Qurum bu qərarını onunla izah edib ki, Matc Tv kanallarının Azərbaycanda yayım hüququ yoxdur.

Bir neçə ay əvvəl Azərbaycanda Rossiya Segodnya"nın Azərbaycandakı nümayəndəliyi ləğv edilib.

Rusiyanın media kanallarının ölkədə fəaliyyətinin qadağa olunması Moksva və Bakı arasında soyuq münasibətlər fonunda baş verib.

2024-cü ilin dekabrında Azərbaycan təyyarəsinin Rusiya səmasında vurulmasından sonra iki ölkə arasında münasibətlər gərginləşib.

Mayda Azərbaycanlı deputatın Rusiyadan deport edilməsi münasibətlərin hələ də gərgin olaraq qaldığından xəbər verib.

Videoya Youtube kanalımızda baxın