Azərbaycan TV-lərində "OK" deyənlər cərimə oluna bilər
Azərbaycanda aparıcılar efirdə "ok" sözünə görə cərimələnə bilərlər.
Eləcə də, digər əcnəbi sözlərdən istifadə onlara baha başa gələ bilər.
Məsələn, onlar 500-1000 manat cərimələnə bilərlər. Bunu Audiovizual Şuranın sədri İsmət Səttarov Milli Məclisdə keçirilən tədbirdə deyib.
O bildirib ki, noyabrın ilk iki həftəsi ərzində apardıqları monitorinqə əsasən, aparıcılar efirdə üç minə yaxın xarici sözdən istifadə ediblər.
Cənab Səttarova görə, "okey" sözü 104 dəfə işlənib".
Şura sədri bildirib ki, "Dil haqqında" Qanuna görə, nəzərdə tutulmuş cərimələr 500–1000 manat arasıdır.
İsmət Səttarovun bu dedikləri sosial mediada müzakirəyə səbəb olub.
Prezident İlham Əliyev noyabrın 3-də Milli Elmlər Akademiyasının 80 illik yubileyində Azərbaycan dili haqqında danışıb, narazılığını ifadə edib.



