Quru sərhədləri bağlı olan Azərbaycan Avropa-Asiya yolunu genişləndirir

Azərbaycan-Gürcüstan magistralı

Şəklin mənbəyi, AAYDA

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Gəncədən Gürcüstan sərhəddinə kimi magistral yol genişləndirilir, amma ölkənin quru sərhədləri beş ildən çoxdur bağlıdır.

Rəsmi məlumata görə genişləndirmə işləri Gəncə-Qazax-Gürcüstan sərhəddi yolunun 130 km olan hissəsində aparılır.

Tikinti işləri yekunlaşmaq üzrədir, Azərtac yazıb.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube

Video açılmırsa, Youtube kanalımızda izləyin.

Böyük İpək Yolunun bir hissəsi olduğu deyilən bu yolun ümumi uzunluğu 306 km-dır.

Beynəlxalq əhəmiyyətli yolun Azərbaycanı Asiyadan Avropaya gedən tranzit mərkəz kimi gücləndirdiyi deyilir.

Təhlillərə görə, yolun mühüm iqtisadi təsirləri olacaq.

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Bir hissəsi də Azərbaycandan keçən bu marşurutla Avropa və Asiya arasında yük daşımalarının artması və səyahət vaxtının azaldılması hədəflənir.

Məlumata görə, yol iri yaşayış məntəqələrindən kənar keçir və bu da piyadalar və sürücülər üçün təhlükəsizliyi artırır.

Azərbaycan son illər həm avtomobil, həm dəmir yolu, həm də Xəzərdəki dəniz yük daşıma qabiliyyətinə investisiya qoyur.

Zəngəzur dəhlizi istiqamətində də avtomobil yolu çəkilib, Ağbəndə kimi dəmir yolu başa çatmaq üzrədir. Düzəliş etdim.

Bununla ölkə Avropa və Çin arasında nəqliyyat əlaqəsində aparıcı rol almağa çalışır.

Rusiyanın Ukraynada müharibəsindən bəri həm dəmir yolu, həm də avtomobil yük daşımalarında nəqliyyatın Rusiyadan yan keçməsi planlaşdırılır.

Daha cənubda isə İran Qərbin sanksiyaları altındadır. İnfrastrukturu da zəifdir.

Bu halda Azərbaycan mühüm alternativ ola bilər.

Azərbaycanda quru sərhədlər 5 ildən çoxdur pandemiya və təhlükəsizlik əsas gətirilərək bağlanıb.