You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Paşinyan: Qarabağ erməniləri Ermənistanda qalmalıdır
Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, "Qarabağ məsələsi bağlanmasa, sülh mümkün deyil".
"Çünki əslində Qarabağ məsələsi müəyyən qüvvələr tərəfindən, sadəcə Ermənistanın müstəqilliyi, suverenliyi, dövlətçiliyinin formalaşması və inkişafının qarşısını almaq üçün alət kimi istifadə olunur", - o, xalqa müraciətində deyib.
Video açılmırsa, Youtube kanalımızda baxın
Paşinyan Qarabağ qaçqınlarının geri qayıtması ideyasını da real hesab etmir.
"Qarabağdan didərgin düşmüş soydaşlarımızın gələcəyinə baxışımız belədir: bizim və beynəlxalq ictimaiyyətin dəstəyi ilə onlar Ermənistan Respublikasının tamhüquqlu vətəndaşları kimi yaşamalı, yaratmalı və məskunlaşmalıdırlar", - Baş nazir vurğulayıb.
O, həmçinin bildirib ki, hər iki ölkədən qaçqın düşmüş insanların geri qayıtmasına çağırışlar, sülh üçün təhlükədir.
"Və ümumiyyətlə, münaqişə başlayandan sonra Ermənistanda və Azərbaycanda qaçqın olmuş şəxslərin geri qaytarılması mövzusunun ikitərəfli müzakirə etmək cəhdləri Ermənistanla Azərbaycan arasında bərqərar olmuş sülhə xələl gətirən təhlükəli amil hesab edirəm".