Suriyanın oğurlanmış uşaqları

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

2011-2024-cü illər arası Suriyada vətəndaş müharibəsi zamanı Suriya kəşfiyyatı siyasi məhbusların 320-dən çox uşağını ələ keçirib.

Onlar uşaq evlərinə yerləşdirilib. Həbsxanadakı valideynləri onları tanımasın deyə, bəzilərinin adı dəyişdirilib.

Keçmiş diktator Bəşər əl-Əsəd 2024-cü ilin dekabrında devrilib.

Ancaq bəzi valideynlər hələ də öz uşaqlarını axtarırlar.

Rejimin devrilməsindən uzun vaxt keçsə də, uşaqlarını axtaran analar hələ də suallarına cavab tapa bilməyiblər.