"JEK" işçisi: "Oğlumun pensiyasını qaldırsalar, yaxşı olar"

"Necə yaşayırsan? Bizə danış!"ın budəfəki qəhrəmanı "JEK" işçisi Zərnigar Zahidovadır.
O deyir ki, 14 yaşlı bir oğlu var, əri isə 12 ildir ki, vəfat edib.
"Oğlüm üçün 120 manat pensiya alıram. Onun pensiyası qaldırılsaydı, yaxşı olardı. Elə onun bir gödəkçəsinin, bir ayaqqabısının pulu 120 manat edir. Özünüz də bilirsiniz ki, indi hər şey bahadır", - Zərnigar Zahidova deyir.
O öz işindən məmnun olduğunu bildirir.
"Allaha şükür, ayaqüstə durmağı bacarıram. Maaşım qane edir, min şükür. Yəni, kasıbıq, kasıbıq, hamı kimi orta təbəqə", -deyə o bildirir.
Videoya YouTube kanalımızda baxın.



