Bakıda kanalizasiya üstündə tikilmiş "evlər uçur, kömək yoxdur"

Videonun alt yazısı, Bakıda kanalizasiya üstündə tikilmiş "evlər uçur, kömək yoxdur"
Bakıda kanalizasiya üstündə tikilmiş "evlər uçur, kömək yoxdur"

Bakının Xətai rayonunun sakinləri Elmar Hümbətov və bir neçə qonşusunun evi uçmaq təhlükəsiylə üz-üzə qalıb.

Evlərinin altında yerləşdiyi bildirilən və bir metr diametri olan kanalizasiya kollektorunun xarab olması, eləcə də yağan yağışların təsiri ilə Səmayə Hümbətovanın evinin bir otağının altı və həyətinin bir hissəsi çöküb.

Sakinlər problemin həlli üçün İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə (İŞBSTX) müraciət ediblər. Sakinlərin iddiasına görə, qurum öncə onları sakitləşdirmək üçün, hüquqşünaslarını evlərə göndərib, daha sonra isə sakinləri məhkəməyə verib.

İri Şəhərlərin Birləşmiş su Təchizatı Xidmətindən BBC-yə bildiriblər ki, kollektorun üzərində yaşayış evlərinin tikilməsi şəbəkənin qəzalı vəziyyətə düşməsinə səbəb olub və hazırda onun təmirinə maneədir. Məsələ ilə bağlı müvafiq qurumlara müraciətlər ünvanlanıb, araşdırma aparılır, qurum bildirib.

İŞBSTX-ın məhkəmədə qaldırdığı iddia tələbi isə sakinlərə evləri uçurdub, ərazini kollektorun təmiri üçün təmizləyib quruma təhvil versinlər.

Sakinlər isə deyirlər ki, evlərdən gələn qoxuya, təhlükəyə, qorxuya rəğmən bu evlərdə yaşamağa məcburdurlar.