“Azərbaycanla enerji sistemlərimiz birləşəcək” - Paşinyan
“Azərbaycanla enerji sistemlərimiz birləşəcək” - Paşinyan
Ermənistan və Azərbaycan enerji sistemlərini inteqrasiya edəcək. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışında deyib.
"Bəli, şübhəsiz və birmənalı Ermənistan və Azərbaycanın enerji sistemləri birləşdiriləcək və həm ixrac, həm də idxal potensialından bərabər şərtlərlə qarşılıqlı şəkildə istifadə edəcəklər", - Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, bu, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) bir hissəsidir.



