You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Trump: Musk-ın yeni partiya yaratması "gülüncdür"
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Donald Trump Elon Musk-ın yeni bir partiya yaratmaq istəməsindən narazı qalıb.
Birləşmiş Ştatların Prezidenti jurnalistlərə deyib:
"Məncə, üçüncü partiya qurmaq gülüncdür. Burda həmişə ikipartiyalı sistem olub və məncə, üçüncü partiya yaratmaq ancaq çaşqınlıq yaradar"
Trump öz Truth social hesabında Elon Musk-ı qatara bənzədib. O yazıb ki, Musk-ın "relsdən çıxıb qəza törədəcəyini" izləmək onu kədərləndirir.
Elon Musk öz X hesabında izləyicilərinə xitabən yazıb: "Amerika partiyası sizin azadlığınızı geri qaytarmaq üçün yaradılır".
Elon Musk prezident seçkisində Trump-ın ən yaxın dəstəkçilərindən biri olub. Amma bir müddət əvvəl büdcə layihəsinə görə, onların münasibəti pozulub.
Video açılmırsa, Youtube kanalımızda baxın.