Qəzzalı ailə un tapmağın sevincini yaşayır

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Qəzzada bir ailənin un əldə etdikdən sonra yaşadığı sevinc görüntüsü sosial şəbəkələrdə yayılıb.

100-dən çox humanitar yardım təşkilatı xəbərdarlıq edir ki, Qəzzada "kütləvi aclıq" yayılmaqdadır. Təşkilatlar İsraili ərzaq paylanmasını əngəlləməkdə ittiham edirlər.

İsrail isə bildirir ki, Qəzzada "950 yük maşını" həcmində yardım mövcuddur.

Bu yardımı beynəlxalq təşkilatlar götürməlidir.

Eyni zamanda, İsrail paytaxında etirazçılar un kisələri ilə küçələrə çıxaraq İsrail hökumətini Qəzzadakı aclığı və müharibəni dayandırmağa çağırıblar.

Video açılmırsa, Youtube kanalımızda baxın.