Putin Əhməd Əl Şaraa ilə görüşüb

Videonun alt yazısı, Putin Əhməd Əl Şaraa ilə görüşüb
Putin Əhməd Əl Şaraa ilə görüşüb

Vladimir Putin Suriyanın keçid dövrü Prezidenti ilə Moskvada görüşüb.

Bu, Əhməd Əl Şaraanın Rusiyaya ikinci səfəridir.

Putin onu Suriyadakı etnik kürd qüvvələri ilə bağlı atdığı addımlara görə tərifləyib.

Yanvarın ortalarında Əl-Şaara hökumətinin qüvvələri etnik kürd döyüşçülərinin nəzarətində olan bəzi bölgələri Suriyanın mərkəzi hakimiyyətinə birləşdirib. Eyni zamanda, Əhməd əl-Şaara ərəb diliylə yanaşı kürd dilinin də milli dil olmasına fərman verib.

Rusiyanın Suriyada iki hərbi bazası var və onlar müzakirə mövzusudur.

Suriyanın əvvəlki Prezidenti Bəşər Əl Əsəd hazırkı keçid dövrü Prezidenti Əhməd Əl Şaraa tərəfindən hakimiyyətdən devrildikdən sonra Rusiyaya qaçıb.