Əliyev və Paşinyan sülh mükafatı alıblar
İlham Əliyev və Nikol Paşinyana Zayed İnsan Qardaşlığı sülh Mükafatı verilib.
Azərbaycan və Ermənistan liderlərinə mükafat Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təqdim edilib.
Onlar iki ölkə arasında sülh yaratma səylərinə görə bu mükafata layiq görülüblər.
İlham Əliyev deyib ki, 30 ildən sonra ilk dəfədir ki, 6 aydı sülh şəraitində yaşayırlar
"Biz sülh şəraitində yaşamağı öyrənirik. Sizə deyə bilərəm ki, bu, xüsusi bir hissdir. Biz müstəqillik qazanandan eütibarən, heç vaxt sülh şəraitində yaşamamışıq. Biz bunu sürətlə öyrənirik", - Əliyev deyib.
Prezident İlham Əliyev deyib ki, o, ermənistanlı həmkarı ilə irəliyə doğru necə getməli olduqlarını müzakirə edib və onların nümunəsi münaqişə içində olanar üçün yol xəritəsi ola bilər.
Nikol Paşinyan deyib ki, onlar inanılmaz nailliyyət əldə ediblər.
"Bu mükafatın verilməsi onun təsdiqidir ki, Ermənistan və Azərbaycan münaqişəni geridə qoyublar. Əgər aramızda əməkdaşlıq olmasaydı, həm Azərbaycan prezidenti, həm də mənim üçün bura gəlmək və mükafatı qəbul etmək mənasız olardı", - o bildirib.
Azərbaycan və Ermənistan ötən ilin avqustunda Vaşinqtonda sülh sazişini razılaşdırıblar, amma hələ imzalamayıblar.



