Bibiheybət gəmi təmiri zavodu bağlanır, işçiləri etiraz edir

Videonun alt yazısı, Bibiheybət gəmi təmiri zavodu bağlanır, işçiləri etiraz edir
Bibiheybət gəmi təmiri zavodu bağlanır, işçiləri etiraz edir

Dekabrın 17-də, Bibiheybət gəmi təmiri zavodunun işçiləri kütləvi etiraz edib.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi bu zavoda artıq ehtiyac olmadığını bildirib.

Etiraz edən işçilər işsiz qalacaqlarından narahatdılar.

Sosial mediada yayılan görüntülərdə çoxlu işçinin zavodun qapıları önündə toplandığı görünür.

İşçilərdən biri müsahibəsində deyir ki, zavodda yüzlərlə adam işləyir.

Onun sözlərinə görə, il ərzində zavodda 50 -60 gəmi təmir olunur, yəni müəssisə gəlirsiz deyil.

Onlar zavod bağlandığı təqdirdə aqibətlərinin necə olacağı barədə məlumat almadıqların deyirlər.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi bildirib ki, zavodun təmir portfeli Bakı Gəmiqayırma Zavoduna köçürüləcək.

Qurum bildirib ki, köçürmə müddətində heç bir işçi ixtisara məruz qalmayacaq.

Sitat: "Bu proses zamanı zavodda çalışan əməkdaşlarımızın hüquqları və mövcud iş yerləri tam nəzərə alınacaq, onlara uyğun imkanlar yaradılacaqdır". Sitatın sonu.

Xəzər Dəniz Gəmiçiliyi bildirib ki, ölkədə köhnə gəmiləri istismardan çıxarılır, təmirə daha az gəmi gələcək.

Buna görə də hazırda işləyən 3 zavoddan ikisi gəmi tikintisi və təmiri üçün kifayətdir.

Fəaliyyəti davit edən iki zavod Bakı Gəmiqayırma və son illərdə daha çox investisiya qoyulmuş "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodlarıdır.