You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
"Sədərək" ticarət mərkəzində yanğın
Bakının "Sədərək" ticarət mərkəzində başlamış yanğında 10-dan çox adam tüstüdən zəhərlənib. Bunu Təbib yerli mediaya deyib.
Ticarət mərkəzində yanğın avqustun 24-də günorta saatlarında başlayıb.
Yerli media yazıb ki, yanğın növbəti gün səhər saatlarında söndürülə bilib.
Fövqəladə Hallar Nazirliyi bildirib ki, yanğınla mübarizəyə 30-a yaxın xüsusi təyinatlı texnika və 140-a yaxın yanğınsöndürən cəlb olunub.
Yanğının səbəbləri hələ məlum deyil.
Video açılmırsa, Youtube kanalımızda baxın