Azərbaycanda AZAL təyyarə qəzasının qurbanları anılıb

Videonun alt yazısı, Azərbaycanda AZAL təyyarə qəzasının qurbanları anılıb
Azərbaycanda AZAL təyyarə qəzasının qurbanları anılıb

Azərbaycanda bir il əvvəl təyyarə qəzasında həlak olanlar anılıb.

Heydər Əliyev adına Beynəlxalq Hava limanında ölənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dekabrın 24-də isə Rusiyanın Qroznı şəhərində həlak olanların adına ucaldılan abidənin açılışı olub, yerli media yazıb.

Ötən il dekabrın 25-də Azərbaycandan Rusiyaya uçan sənişin təyyarəsi Qroznı səmasında vurulduqdan sonra Qazaxıstana uçub və Aktau hava limanında qəzaya uğrayıb.

Təyyarənin yerə çılpılması nəticəsində ekipaj üzvləri də daxil olmaqla təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i ölmüş, 29-u sağ qalmışdı.

Qəzada həlak olmuş gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökumə Əliyevaya Azərbaycanın Mill Qəhrəmanı adı verilib.

Qəza ilə bağlı yaradılan komissiyanın ilkin hesabatı bu ilin yanvarında açıqlansa da, istintaq hələ yekunlaşmayıb, AZAL-ın vitse-prezidenti İlham Əmirov deyib.

Komissiya ilkin hesabatda bildirmişdi ki, təyyarə kənar müdaxilə nəticəsində ciddi zədələnib və qəzaya uğrayıb.

İki ay əvvəl Rusiya Prezidenti Vladimir Putin İlham Əliyevlə görüşündə etiraf etdi ki, AZAL təyyarəsi yaxınlığında Rusiyanın hava müdafiə sisteminin raketlərin partlaması nəticəsində zədələr alıb.