"Meydan TV işi"nə görə məhkəmə başlayır

Videonun alt yazısı, "Meydan TV işi"nə görə məhkəmə başlayır
"Meydan TV işi"nə görə məhkəmə başlayır

Meydan TV-nin Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəməsi başlayıb.

Media "Meydan TV işi" adlandırılan cinayət işinə görə 12 Jurnalist hazırda həbsdədir.

Onlar qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, sənəd saxtalaşdırma və sadalanan cinatətləri dəstə şəklində törətmə kimi maddələrlə günahlandırılırlar.

Jurnalistlər öz həbslərini peşə fəaliyyəti ilə əlaqələndirirlər, ittihamları "qondarma" adlandırırlar.

Azərbaycanda son iki ildə Meydan TV, Abzas media, Toplum TV-yə görə iyirmidən çox media təmsilçisi həbsdədir.

Həmçinin ondan çox ictimai fəal, iqtisadçı, siyasətçi, bloqçu da həbs olunub.

Beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycan Prezidenti İlham Əliyevi "haqsız yerə həbsdə olan" jurnalistləri və media nümayəndələrini azad etməyə çağırıb.

Prezident İlham Əliyev media təmsilçilərinin və ictimai fəalların həbsini onların qanunu pozması ilə izah edib.