Gültəkin Hacıbəyli Türkiyədən deportasiya oluna bilər

Videonun alt yazısı, Gültəkin Hacıbəyli Türkiyədən deportasiya oluna bilər
Gültəkin Hacıbəyli Türkiyədən deportasiya oluna bilər

Hakimiyyətə müxalif Milli Şura üzvü Gültəkin Hacıbəyli Türkiyədən "qanunsuz şəkildə" Azərbaycana deportasiya oluna biləcəyini bildirib.

Öz Facebook hesabında o yazıb ki, noyabrın 29-da Türkiyədə polisə aparılıb və ona deportasiya ediləcəyi deyilib.

Gültəkin Hacıbəyli bildirib ki, onun vəkili təcili qaydada Avropa Məhkəməsinə müraciət edib.

Onun sözlərinə görə, noyabrın 20-dan bəri İstanbulda Arnavutköy Geri Göndərmə Mərkəzində saxlanılır.

Gültəkin Hacıbəyli bildirib ki, Bakıya aparılsa onu həbs təhlükəsi gözləyir və Türkiyə hakimiyyəti bu addımı atmamalıdır.

Keçmiş deputat deyib ki, onn heç bir əsas olmadan G-82 maddəsi verilib və onu "xarici terrorçu" kimi Türkiyədən deportasiya etmək yolverilməzdir" .

Gültəkin Hacıbəyli Türkiyədə iki illik yaşamaq icazəsi olduğunu deyib.

Ancaq Türkiyə mətbuatı yazır ki, əgər G-82 kodu tətbiq edilən əcnəbi Türkiyə ərazisindədirsə, onun yaşayış icazəsi ləğv edilə və deportasiya qərarı verilə bilər.

Xəbərlərdə deyilir ki, bu kodu verən dövlət orqanlarının geniş səlahiyyəti var, lakin bu səlahiyyət konkret və hüquqi sübutlarla dəstəklənməlidir.

Gültəkin Hacıbəyli hesab edir ki əgər o, Azıərbaycana deportasoya edilərsə, o zaman sitat: "Bu, təkcə mənə qarşı haqsızlıq olmayacaq, bu, həm də Azərbaycan müxalifətinə qarşı bu gün həyata keçirilən repressiyalara Türkiyə hakimiyyəti tərəfindən dəstək vermək anlamına gələcək".

Dekabrın 1-də AXCP sədri Əli Kərimli və digər partiya funksioneri Məmməd İbrahim dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs ediliblər.

Milli Şuranın sədri Cəmil Həsənli DTX-da istintaqa ifadə verdiyini bildirib.

Rəsmi dövlət orqanları bu həbslərlə və qaldırılan cinayət işi ilə bağlı hələ ki, məlumat yaymayıb.

Bir neçə aydır ki, hakimiyyətə yaxın mediada Əli Kərimli və Gültəkin Hacıbəyli Prezident Adminstrasiyasının keçmiş sədri Ramiz Mehdiyevlə gizli əməkdaşlıqda ittiham edilir. Yerli mediada Ramiz Mehdiyevin özünə 4 aylıq ev dustaqlığı verildiyi yazılıb.

Əli Kərimli və Gültəkin Hacıbəyli Ramiz Mehdiyevlə əməkdaşlığı qətiyyətlə rədd edib.