DTX Balakən icra başçısının həbs olunması videosunu yayıb

Videonun alt yazısı, DTX Balakən icra başçısının həbs olunması videosunu yayıb
DTX Balakən icra başçısının həbs olunması videosunu yayıb

Dövlət Təhlükəsizlik Xidməti Balakənin sabiq icra başçısı İslam Rzayevin saxlanılması gösrüntülərini yayıb.

Onun korrupsiyaya görə həbs olunduğu bildirilir.

Balakən icra başçısının həbsi ilə bağlı xəbər oktyabrın 30-da yayılmışdı və ardınca Prezident İlham Əliyev onu vəzifəsindən azad etmişdi.

Ay yarımdan sonra DTX onun saxlanılması görüntülərini dərc edib.

DTX açıqlayıb ki, Rzayev icra başçısı olduğu vaxtda büdcədən işsiz, aztəminatlı şəxslərə, tikinti və abadlığa ayrılan pulları mənimsəməkdə və rüşvət almaqda şübhəli bilinir.

Onun ayrılmış maliyyə vəsaitlərini təyinatı üzrə xərcləmədiyi iddia olunur.

Rəsmi məlumata görə, İslam Rzayev cinayət məcələsinin iki maddəsi ilə, külli miqdarda mənimsəmə və təkrar rüşvət alma maddələri ilə günahlandırılıb. İstintaqın davam etdiyi deyilir.

İlham Əliyev noyabrın 12-də əvvəl Göyçayın icra başçısı olan Natiq Ağayevi Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.