Belarus lideri: “Əgər Ermənistan iqtisadi baxımdan ölmək istəyirsə, o zaman onu itirə bilərik”

Belarus Prezidenti Aleksandr Lukaşenko

Şəklin mənbəyi, CTVBY

Şəklin alt yazısı, Belarus Prezidenti Aleksandr Lukaşenko

Sankt-Peterburqda keçirilən Avrasya İqtisadi İttifaqının (Aİİ) sammitinə qatılan Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistin “Ermənistanı itirirmirikmi” sualını cavablandırarkən deyib ki, o, Ermənistanın heç yerə getməyəcəyindən əmindir.

Videoya YouTube kanalımızda baxın.

Avrasiya İqtisadi İttifaqı iqtisadi qurum olduğundan onun “siyasi və ya geosiyasi gündəmi olmamalıdır", Ermənistan Baş naziri Nikol Paşinyan qurumun dekabrın 25-də Sankt-Peterburqda keçirilən sammitində deyib.

O əlavə edib ki, qurumun prinsipləri “siyasi ambisiyalarla əlaqəli olmamalıdır”, - armenpress yazıb.

2024-cü ilin yanvarın 1-dən Aİİ-yə rəhbərlik Rusiyadan Ermənistana keçir.

“Ticarət və Avrasiya inteqrasiyasının əsas azadlıqları siyasi səbəblərə görə məhdudlaşdırıla bilməz və məhdudlaşdırılmamalıdır, çünki bu, birliyin əsas prinsiplərinin aşınmasına səbəb olacaq”, - Paşinyan vurğulayıb.

Son vaxtlar Rusiya ilə Ermənistan arasında siyasi gərginlik müşahidə edilir. Bu gərginlik fonunda Rusiya ötən ay ərzaq təhlükəsizliyini əsas gətirərək Ermənistandan bir çox ərzaq məhsullarının idxalını bir həftədən çox bloklayıb.