"Rusiyanın Azərbaycanda olmasına pis baxıram" - Bakıda sorğu

Bakı Rusiya

BBC News Azərbaycanca Bakı sakinlərinin Rusiyanın Azərbaycanda və Cənubi Qafqazda olması ilə bağlı fikirlərini öyrənib.

Bakı sakinlərinin müxbirlərimizin suallarına verdikləri cavabları burda YouTube kanalımızda izləyə bilərsiniz.

İkinci Qarabağ müharibəsindən sonra Rusiya sülhməramlıları Qarabağa yerləşib. 2023-cü ilin sentyabrındakı bir günlük hərbi əməliyyatlardan sonra Qarabağda yaşayan əksər ermənilər oranı tərk edib. Bundan sonra yerli ictimaiyyətdə Rusiya sülhməramlılarının mandatı müzakirə mövzusu olub.

Azərbaycan Rusiya ilə 2022-ci ildə Müttəfiqlik sazişi imzalayıb.

Son vaxtlarda Ermənistanın Qərblə əlaqələrini dərinləşdirməyə çalışması onun Rusiyadan asılılığını azaltmaq cəhdləri kimi qiymətləndirilir.