Qarayazıda yoxa çıxmaqda olan aşıq sənəti

Gürcüstanda 1947-ci ilə kimi Qarayazı adlanmış, hazırkı Qardabani bölgəsində məşhur ustad aşıq Aslanın oğlu Pərviz Mirzəyev deyir ki, bu bölgədə aşıq sənəti indi evlərdə, kiçik məclislərdə qalıb.
Onun sözlərinə görə, atası ustad aşıq Aslan Qarayazılı vəfat edəndən sonra bölgədə yeni, tanınmış aşıqlar yetişməyib.
Kəndin tarix müəllimi Sahib Mustafayev deyir ki, bölgədə aşıq sənətini yaşatmaq üçün bəzən məktəb şagirdlərini aşıq Astanın evində yaradılan muzeyə gətirirlər.
Yerli sakinlər arasında tanınan şair Zahir Ələmpaşalının sözlərinə görə, aşıq sənəti həm də bu Kosalı kəndinin, o cümlədən bölgənin tarixinin göstəricisidir.
Zahir Ələmpaşalının dediyinə görə, aşıq Aslan həm ustad aşıq, həm də sazdüzəldən sazbənd olub.
Aşığın ev muzeyində onun da kitabları var və o da öz yaradıcılığında aşıq sənətinin incəliklərindən, gözəlləmələrdən istifadə edərək sənəti yaşatmağa çalışır.
Videonu BBC News Azərbaycanca üçün Gürcüstandan Onnik James Krikorian çəkib. Videonu Youtube kanalımızdan izləyin.
