You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Əfqanıstanda zəlzələ: yüzlərlə adam ölüb
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Əfqanıstanda 6 bal gücündə zəlzələ baş verib.
600-də çox adam öldüyü ehtimal edilir, Taliban rəsmiləri bildiriblər. 1500-dən çox yaralının olduğu deyilir.
Video açılmırsa, Youtube kanalımızda baxın.
Yerin 8 km dərinliyində baş vermis zəlzələ Kabildə də binaları silkələyib.
Taliban-dan deyirlər ki, bütöv kəndlərin dağılması ilə bağlı xəbərlər var.
Taliban hökuməti zəlzələdən zərər çəkmiş yerlərə çatmaq üçün vertolyotlardan istifadə edir.
Bu yerlərə avtomobil yolu ilə getmək çox çətindir, BBC yazıb.
Taliban rəsmiləri beynəlxalq təşkilatlardan yardım istəyiblər.