You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Əliyev və Paşinyanın ilk dəfə uzun çəkən təkbətək görüşü bitib
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
İlham Əliyevlə Nikol Paşinyanın ilk dəfədir bu qədər uzun çəkən təkbətək görüşü başa çatıb.
Onların görüşü 5 saat davam edib.
İlkin nəticə ilə bağlı açıqlamada deyilir ki, sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması, sülh müqaviləsinin paraflanması müzakirə olunub.
İşçi qrupları və yüksək səviyyədə danışıqların davam etdiriləcəyi deyilir.
Putinin sözçüsü Dimitri Peskov və Avropa İttifaqı bu görüşü alqışlayıb.
Liderlər ilk dəfədir ki, vasitəçisiz, yəni üçüncü tərəf olmadan danışıblar.
Görüşdə hər iki ölkənin sərhədlərin delimitasiyası üzrə komissiyaların rəhbərləri də iştirak edib.
O cümlədən, görüşə Ermənistanın Türkiyə ilə normallaşma üzrə xüsusu nümayəndəsi də qatılıb.
Görüş həm heyətlərlə birgə, həm də liderlər arasında təkbətək keçirilib.
Video açılmırsa, Youtube kanalımızda baxın.