Həm işıq, həm də qaza görə 1 manat sabit tarif pulu ödəniləcək

Videonun alt yazısı, Həm işıq, həm də qaza görə 1 manat sabit tarif pulu ödəniləcək
Həm işıq, həm də qaza görə 1 manat sabit tarif pulu ödəniləcək

2026-cı il yanvarın 1-dən əhali həm qaz, həm də elektrik enerjisi üçün hərəsinə 1 manat olmaqla sabit tarif ödəyəcək.

Dekabrın 30-da Tarif Şurası bu qərarı elan edib.

Bu o deməkdir ki, evində qaz və elekrtik sayğacı olan hər kəs bu sabit tarifi ödəyəcək.

Əhali olmayan, qazı və elektriki sahibkarlıq üçün istifadə edənlər üçün bu sabit tarif 3 manat olacaq.

Hətta evində yaşamayıb, mənzili boş olanlar belə əgər bu xidmət onlar üçün əlçatandırsa, sabit tarifi ödəməlidir.

Rəsmilərə görə, sabit tarifin tətbiq olunması istehlak həcmindən asılı olmayaraq təchizat sisteminin davamlı fəaliyyətinin təmin edilməsi üçündür.