You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Rusiyada Azərbaycan diasporunun daha bir nümayəndəsi "həbs olunub"
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Rusiyada daha bir azərbaycanlı diaspor nümayəndəsinin həbs olunduğu deyilir.
Kommersant nəşrinin bildirdiyinə görə, həbs olunan azərbaycanlı Kuban bölgəsində Azərbaycan diasporunun nümayəndəsi Şahlar Novruzovdur.
Şahlar Novruzovun Rusiyada biznes fəaliyyəti ilə də məşğul olduğu deyilir.
Rusiya mediası onun maliyyə fırıldağında ittiham olunduğunu yazıb.
Video açılmırsa, YouTube kanalımızda izləyin.
Şahlar Novruzovun bu ittihama cavabı bəlli deyil.
Son iki ay ərzində Rusiyada iki azərbaycanlı diaspor nümayəndəsi həbs edilib, biri isə deportasiya olunub.
Azərbaycan dövlət mediası baş verənləri Rusiyanın azərbaycanlılara qarşı etnik hücumu kimi qiymətləndirir.
İki ölkə arasında münasibətlər ötən ilin dekabrında Azərbaycan təyyarəsinin Rusiya səmasında vurulmasından sonra pisləşib. İyun ayında isə Rusiyada iki azərbaycanlının həbs zamanı ölməsi münasibətlərdəki gərginliyi daha da artırıb.
Azərbaycan onların işgəncə altında, Rusiya isə "ürəktutmadan" öldüyünü bildirib.